Bakı, 20 iyun, AZƏRTAC
Amerikanın Nyu-York şəhərində onlayn keçirilən “Glory Piano Competition” beynəlxalq müsabiqəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin I sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Müzəffər Əliyev (müəllim: Gülnar Mirzəyeva) müvəffəqiyyətlə çıxış edərək II kateqoriyada 3-cü yerə layiq görülüb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, nüfuzlu beynəlxalq müsabiqədə Amerika, Rusiya, Çin, Tayland, Sinqapur, Rumıniya, Latviya, Slovakiya, Qətər və s. ölkələrdən iştirakçılar qatılıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin