Vilyam Hacıyevin növbəti məhkəmə iclası keçirilib

0 8

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə vəsatətlə çıxış edən Vilyam Hacıyevin vəkili
Elmar Kərimov sənədlərin tədqiqi zamanı elan edilən yoxlama aktları
ilə bağlı məhkəməyə ekspert çağırılmasını istəyib. Vəkil sənədlərdə
görülən işlər zamanı mənimsəmə kimi göstərilən məbləğin ehtimallar
üzərində müəyyən edildiyini deyib.

Dövlət ittihamçısı vəkilin dediklərini təkzib edərək vəsatətin
təmin olunmamasını istəyib:

“Bütün yoxlamalar düzgün aparılıb, yoxlama aktlarında da hər
hansı qeyri-obyektivlik müşahidə olunmur”.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki,
vəsatətə növbəti prosesdə münasibət bildiriləcək.

Proses iyunun 24-ə təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Leave A Reply

Your email address will not be published.