VTB Azərbaycandakı mövcudluğunu saxlamaq niyyətindədir – Andrey Kostin

0 7

Bakı. Trend:

Rusiyanın VTB bankı Azərbaycan, Belarus, Qazaxıstan, Ermənistan,
Çin və Hindistan bazarlarında mövcudluğunu saxlamaq
niyyətindədir.

Trend-in
məlumatına görə, bunu bankın rəhbəri Andrey Kostin deyib.

“Biz yalnız Gürcüstandan çıxırıq, orada vəziyyət bir qədər
fərqlidir. Azərbaycanda, Belarusda, Qazaxıstanda, Ermənistanda,
Çində və Hindistanda isə qalırıq və milli valyutalarda ikitərəfli
ticarət hesablaşmalarında aparıcı bank olmaq üçün yerli banklarla
əməkdaşlıq məsələlərini inkişaf etdiririk. Bu ölkələrdə biznesimiz
üçün perspektivlər görürük”, – deyə o bildirib.

(Tərcüməçi: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.