Xaricə gedənlər meymunçiçəyi ilə bağlı ehtiyatlı olsunlar – İnfeksionist

0 3

Bakı. Trend:

Dünyanın bir neçə ölkəsində yayılan meymunçiçəyi virusunun qonşu
Gürcüstanda da aşkarlanması Azərbaycanda da əhali arasında bu
xəstəliklə bağlı narahatlığı artırıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən həkim-infeksionist Mərdan
Əliyev bildirib ki, meymunçiçəyi virusunun COVID-19 kimi geniş
yayılması real deyil:

“Meymunçiçəyi xəstəliyi daha çox Afrikada, xüsusilə də tropik
meşələrin yaxınlığında müşahidə edilir. Lakin getdikcə digər
qitələrdə, o cümlədən Avropa və Amerikada yayılmaqdadır.
Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk
öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir. Bununla
yanaşı meymunçiçəyi virusunun qeydə alındığı ölkələrə gedən şəxslər
çox ehtiyatlı davransınlar”, -deyə infeksionist bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən bildiriblər ki, Azərbaycanda
bu günə qədər meymunçiçəyi xəstəliyinə yoluxma qeydə alınmayıb.

Leave A Reply

Your email address will not be published.