Yanvar-may aylarında Türkiyə Qazaxıstana elektrik avadanlıqları ixracını 30 milyon dollardan çox artırıb

0 2

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Qazaxıstana elektrik
avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz
artıraraq 32 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu
barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

May ayında Türkiyə Qazaxıstana elektrik avadanlıqları ixracatını
2021-ci ilin eyni ayı ilə müqayisədə 96 faiz artıraraq 7 milyon
dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin
elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
7,7 faiz artaraq 6 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə1 milyard dollar məbləğində elektrik
avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə
müqayisədə 2,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə
14,6 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac
edib.

Leave A Reply

Your email address will not be published.