Yanvar-may aylarında Türkiyədə Rusiya kapitallı şirkətlərin sayı bir neçə dəfə artıb

0 3

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Türkiyədə Rusiya kapitalı ilə
347 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə
müqayisədə 278 şirkət çoxdur.

Trend-in xəbərinə görə, bu
barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB)
məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınan
Rusiya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da
artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya
şirkətlərinin məcmu kapitalı 203,1 milyon lirə olduğu halda,
2021-ci ilin eyni dövründə bu rəqəm 32,9 milyon lirə təşkil
edib”-deyə TOBB-dən bildirilib.

TOBB-dən o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında
Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (248) qeydiyyata
alınıb.

“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi
kapitalı 52,4 milyon lirəs təşkil edib”, — deyə TOBB-dən
bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyədə
Rusiya kapitalı ilə 187 topdan və pərakəndə, 44 informasiya və
komunikasiya, 24 təhsil ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak
edir.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Rusiya kapitallı 69 şirkət
qeydiyyatdan keçib. Onların ümumu kapitalı 32,9 milyon lirə
olub.

2021-ci ildə ən çox Rusiya kapitallı şirkət İstanbulda qeydə
alınıb.

Leave A Reply

Your email address will not be published.