Yaponiyada güclü zəlzələ baş verib

0 2

Bakı. Trend:

Yaponiyanın Xonsyu adasının mərkəzi hissəsində, Yaponiya dənizi
sahilində 5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend “TASS”a
istinadla xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi
məlumat yayıb.

Qeyd olunub ki, sunami təhlükəsi yoxdur.

Yeraltı təkanların episentri Noto yarımadasındakı İşikava
prefekturasında olub. Zəlzələnin ocağı təxminən 10 km dərinlikdə
yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar
Yaponiya dənizi sahillərində bir sıra prefekturaların sakinləri
tərəfindən hiss olunub

Leave A Reply

Your email address will not be published.