Yeni televizor almağı düşünürsünüz? Samsung Neo QLED əldə etmək üçün əsas 4 səbəb (R)

0 7

Bakı. Trend:

Əgər siz yeni televizor almaq fikrindəsinizsə, bu məqalə sizin
üçündür. Elektrik cihazları mağazalarında mövcud böyük seçim çox
vaxt çaşqınlıq yaradır. Burada ilk baxışdan oxşar görünən modellər
tamamilə fərqli, “yaxşı” görünən televizor isə əslində o qədər də
yaxşı olmaya bilir. Bu səbəbdən seçiminizi məhz Samsung Neo
QLED
üzərində dayandırmalı olmanızın 4 səbəbini təqdim
edirik:

Infinity One dizaynı. Dizayn vacib seçim
amillərindən biridir. Televizor mövcud interyer üçün seçildiyi üçün
həm otaqdakı ümumi interyerə, həm də mebel və digər cihazlara uyğun
olmalıdır. Son dərəcə minimalist görünüşü, kiçik çərçivələri və
korpusun minimum qalınlığını özündə birləşdirən müasir dizaynı
sayəsində, Samsung Neo QLED istənilən interyerə
uyğunlaşır. Televizorun ekranı qoruyucu əks etdirən şüşə ilə
örtülmüşdür, bu səbəbdən də söndürüldükdə, o, incə çərçivə ilə
haşiyələnmiş interyer elementini xatırladır. Bütün ekran sahəsi
üzrə korpusun qalınlığı eynidir və cəmi 16,9 mm təşkil edir, belə
ki televizoru divara assanız, o, nazik çərçivədəki şəkili
xatırladacaq. Eyni zamanda, televizoru çox kiçik mərkəzi dayaqda da
yerləşdirə bilərsiniz ki, zərurət yarandıqda, o, hətta çox kiçik
bir şkaf üzərində də quraşdırıla bilər.

Funksionallıq. Ənənəvi olaraq biz televizordan
daha çox şey gözləyirik, bizə təkcə sevimli filmlərimizə baxmaq
üçün cihaz yox, həm də universal multimedia mərkəzi gərəkdir. Belə
ki, Samsung Neo QLED istifadəsi asan və rahat
olan, “Smart Hub” istifadəçi interfeysi üzərindən işləyir.
İnteryfeys ekranın aşağı hissəsində, cari məzmunun üstündə yer alan
lent menyusu kimi təqdim olunmuşdur. Bu lentdə hər hansı element
seçildikdə, onun alt menyusu yuxarıda açılır, buna misal olaraq,
Youtube-da tövsiyə olunan videoları, parametrlərdə əsas
tənzimləmələri və s. qeyd etmək olar. Bundan əlavə, siz
smartfonunuza yerləşən istənilən məzmunu televizorda izləyə
bilərsiniz, bunun üçün sadəcə telefonu televizora qoşmaq və
multi-ekran rejimindən istifadə etmək yetərlidir. Samsung
Neo QLED TV
-də quraşdırılmış Google Voice Assistant isə
daha çox əyləncə, eləcə də cihazın tam olaraq səs ilə idarə olunma
seçimlərini təqdim edir.

Şəkil keyfiyyəti – istənilən televizorun əsas
komponentidir. Samsung Neo QLED-də Quantum Mini
LED işıqlandırmalı 8K icazəli panelindən istifadə edilir. Buradakı
LED-lər ənənəvi işıqlandırma ilə müqayisədə 40 dəfə daha kiçikdir,
bu da LED-lərin sayını əhəmiyyətli dərəcədə artırmağa imkan
yaradır. Bununla nə əldə edirik? Fərqli zonaların
işıqlandırılmasında çeviklik, belə ki, hər bir zona bir-birindən
asılı olmayaraq “işıqlandırılır”, buda ümumi təzadlığı artırmağa
kömək edir. “Ağıllı” işıqlandırma burada 33 milyon piksel ilə
birlikdə daha aydın və parlaqlıq təsvir təqdim edir. Həmçinin, süni
intellektlə işləyən Neo Quantum Processor 8K da ümumi işə öz
töhfəsini verir. Belə ki, televizor “adi” videonu 8K keyfiyyətinə
qədər yaxşılaşdıra bilir. Dərin öyrənmə alqoritmi daxil edilən
təsviri təhlil edir və orijinal aşağı icazəyə malik video
siqnalında çatışmayan hər bir pikseli bərpa edərək, görüntünü
təkmilləşdirir.

Səs keyfiyyəti. Kim öz evində kinoteatrın
olmasına yox deyər ki? Bu hər birimizin arzusudur. Samsung
Neo QLED
ilə kinoteatrdakı tək, səsiləndirmə və
keyfiyyətli təsvirdən hər gün həzz ala bilərsiniz. Televizorun
akustik sistemi korpusun arxa tərəfinin aşağı hissəsində yerləşən
səkkiz aşağı tezlikli dinamikdən və arxa tərəfdə “barmaqlıqların”
arxasında gizlənmiş dörd yüksək tezlikli dinamikdən ibarətdir(
ikisi televizorun yanlarında və daha ikisi yuxarı künclərində).
Daxili audionun ümumi gücü 70 Vt təşkil edir ki, bu da öz
növbəsində yüksək keyfiyyətli və çox zəngin səs ötürməyə imkan
yaradır. Həmçinin, televizor ekranda hərəkət edən obyektin səsini
izləyə bilir, buna “Samsung Object Tracking Sound Pro” funksiyası
kömək edir. OTS Pro texnologiyası ilə siz səsi hərəkətin baş
verdiyi yerdə eşidirsiniz – səs ekrandakı hərəkətə uyğun olaraq
hərəkət edir.

Xatırladaq ki, Samsung Neo QLED televizorları
artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Samsung Neo
QLED
televizorları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet
saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home,
Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində
əldə bilərsiniz.

Leave A Reply

Your email address will not be published.