Zaqatala gənclərinə «Rəqəmsal GəncliyimİZ» adlı layihə təqdim olunub

0 1

Zaqatala, 20 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinə “Rəqəmsal GəncliyimİZ” adlı layihə təqdim edib.

Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihə çərçivəsində İsrailin “BlackSwan Technologies” şirkətində Senior Software Engineer olaraq çalışan, eyni zamanda, “Azərbaycan Python İstifadəçiləri” qrupunun lideri olan Şəhriyar Rzayev tərəfindən gənclərə “Karyera dəyişikliyi ilə İnformasiya Texnologiyalarına (İT) keçid” mövzusunda təlim keçirilib.

Təlim zamanı gənclərə “IT-yə keçid ilə bağlı miflər”, “IT-yə keçid və karyera dəyişikliyi zamanı hansı addımlar atılmalıdır” və digər mövzular barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

AZERTAG.AZ :Zaqatala gənclərinə «Rəqəmsal GəncliyimİZ» adlı layihə təqdim olunub

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.