Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması xəbəri yalandır – DİN

0 4

Bakı. Trend:

Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması
və yaxud onun vəhşi heyvan tərəfindən parçalanması isə bağlı sosial
şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Trend
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru,
polis baş leytenantı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, turistin axtarışları DİN, ETSN və FHN-in
aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam
etdirilir.

“Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər.
Hələlik müsbət nəticə əldə olunmayıb”,- deyə M.Məsimov
bildirib.

Qeyd edək ki, Zaqatala rayonunda itkin düşən hindistanlı
turistin axtarışlarına Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti
strukturlarının əməkdaşlarından ibarət ümumilikdə 11 qrup, eləcə də
dronlar cəlb olunub. Həmçinin, ərazini tanıyan yerli sakinlər və
alpinistlər də axtarışlarda iştirak edirlər.

Mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il
təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin
düşməsi ilə bağlı polisə müraciət daxil olub.

İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı
hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək
dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Leave A Reply

Your email address will not be published.