ƏƏSMN-in fəaliyyət sahələri üzrə 280 mindən çox elektron arayış verilib

0 3

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin fəaliyyət sahələri üzrə vətəndaşlara 280 110 elektron
arayış verilib.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik,
reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı
çərçivəsində 30-dək elektron arayış xidməti yaradılıb.

Nazirliyin e-xidmətləri vətəndaşların iş yerinə və ya əlilliyə
dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım,
dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi
hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan
verir.

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya
bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar
tərəfindən son 5 ayda nazirliyin informasiya bazalarına edilən
sorğu sayı 88 milyondan çox olub.

Leave A Reply

Your email address will not be published.