Əjdər Olun cəzası azaldıldı — Trend.Az

0 3

Bakı. Trend:

Bakı Apelyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol)
barəsindəki hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi davam
etdirilib.

Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılıb və qərar
qəbul edilib.

Məhkəmənin qərarı ilə Əjdər Cəbiyevin cəzası 8 il 6 aydan 8 il 3
aya endirilib.

Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla
təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci
(mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci
(külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan
olunub.
Əjdər Ol Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə
səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət
almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum
edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol
təxəllüsü ilə tanınan şair-publisistdir.

Leave A Reply

Your email address will not be published.