1233 məhkuma elektron qolbaq taxılıb

0 5

Bakı. Trend:

Bakı şəhəri üzrə 2812 nəfər azadlıqdan məhrumetmə ilə əlaqədar
olmayan cəza çəkir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı
şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən, Baş ədliyyə
müşaviri Namiq İsmayılov deyib.

O bildirib ki, həmin şəxslərdən 1233 nəfər azadlığın
məhdudlaşdırılması cəzasına məhkum edilərək elektron qolbaq
vasitəsilə nəzarətdə saxlanılır.

“Bundan başqa, 139 nəfər cərimə cəzasına məhkum edilib, 27 nəfər
islah işlərinə cəlb olunub, 205 nəfər isə cəzadan şərti olaraq
vaxtından tez azad edilənlərdir”,- N.İsmayılov deyib.

Leave A Reply

Your email address will not be published.