Ağdamda avtoxuliqan həbs edilib (FOTO)

0 9

Bakı. Trend:

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol
hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan,
ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, DYPB-nin
əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon sakini Nicat
Mehdiyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə xuliqanlıq
etdiyinə görə saxlanılıb. Onun idarə etdiyi avtomobil müvəqqəti
duracağa yerləşdirilib.

Polis əməkdaşları tərəfindən N.Mehdiyevin barəsində İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib
edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə
o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Leave A Reply

Your email address will not be published.