Bakı. Trend:
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
“Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik
tədbirlər nəticəsində Pirəzə kəndi ərazisində yabanı halda bitən
narkotik tərkibli bitkilər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi
çəkisi 1 ton 240 kiloqram olan 778 ədəd çətənə kolu kökündən
çıxarılıb və yandırılaraq məhv edilib.