Ağsuda hər gün taxıl zəmilərinə 77 kombayn çıxarılır

0 2

Ağsu, 21 iyun, AZƏRTAC

Ağsu rayonunda taxıl biçininə başlanıb və qısa vaxtda 7165 hektar sahənin məhsulu yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 34 min 295,2 hektar sahədə taxıl yetişdirilib. Sahələrin 15 min 374,2 hektarı buğda, 18 min 921 hektarı arpadır. İlk gündən bu mühüm strateji məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Hazırda hər gün zəmilərə 77 kombayn çıxarılır. İlkin olaraq arpa biçilir. Hələlik hər hektarda orta məhsuldarlıq 31,6 sentnerdir. Mütəxəssislər məhsuldarlığın artacağı qənaətindədirlər. Rayonun bütün ərazilərində, xüsusilə Gəgəli, Bico, Ləngəbiz Qəşəd və bir sira digər ərazi dairələrində biçin daha mütəşəkkil aparılır.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.