Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya Aİ üzvlüyünə namizəd
statusunun verilməsi barədə razılıq əldə edib.
Trend-in
məlumatına görə, bunu Fransa Xarici İşlər Nazirliyinin dövlət
katibi Kleman Bon Aİ Şurasının iclasının yekununda deyib.
“Aİ ölkələri arasında Ukraynaya namizədlik statusunun təqdim
olunması ilə bağlı siyasi konsensus əldə edib”, – deyə o
bildirib.
Qeyd edək ki, Ukraynaya namizədlik statusunun verilməsi Avropa
İttifaqının iyunun 23-24-də keçiriləcək sammitində müzakirə
olunacaq.