Allahşükür Paşazadə Avstriyaya gedir — Trend.Az

0 3

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə iyunun 22-də Avstriya Federativ Respublikasına yola
düşür.

İdarədən Trend-ə verilən
məlumata görə, səfərdə məqsəd Vyana şəhərində keçiriləcək “Sülh
naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və
əməkdaşlığın təşviqi” mövzusunda Beynəlxalq Konfransının təşkili və
KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak
etməkdir.

QMİ sədri A.Paşazadə iyunun 23-də KAİCİİD Beynəlxalq Mərkəzinin
Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclasında iştirak və
çıxış edəcəkdir. Beynəlxalq Mərkəzin həmtəsisçisi olan ölkələr –
Avstriya, İspaniya, Vatikan və Səudiyyə Ərəbistanının dövlət
rəsmilərinin və diplomatlarının KAİCİİD-in Vyana toplantısında
iştirakı nəzərdə tutulur.

24 iyun tarixində Azərbaycan Respublikasının Avstriya
Respublikasındakı Səfirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi, Azərbaycan Multikulturalizm Mərkəzi və
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə
Hofburq sarayında baş tutacaq “Sülh naminə dinlərarası və
mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi”
mövzusunda beynəlxalq tədbirdə Azərbaycanın Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və
Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri, ölkəmizdə
fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, tanınmış
ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur.

Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində beynəlxalq
əməkdaşlığın artırılması yolu ilə mədəniyyətlərin və ölkələrin
yaxınlaşmasına nail olmaq üçün kollektiv səyləri qiymətləndirmək
baxımından müsbət imkan kimi dəyərləndirilən Konfransda
hökumətlərin, beynəlxalq təşkilatların, siyasətçilərin, vətəndaş
cəmiyyəti təşkilatlarının, elm və təhsil xadimlərinin, medianın,
dini icmaların və gənclər təşkilatlarının nümayəndələri iştirak
edəcəklər. Konfransın ünvanına Avstriyanın Baş Nazirinin və
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali
nümayəndəsinin müraciətlərinin daxil olması nəzərdə tutulur.

Leave A Reply

Your email address will not be published.