“Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təlimi keçirilir (FOTO/VİDEO)

0 10

Bakı. Trend:

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2022”
beynəlxalq taktiki-uçuş təlimi keçirilir.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, təlimin ilkin mərhələsində iştirakçılara
təlimatçılar tərəfindən tərtib olunan plan üzrə təhlükəsizlik
qaydaları çatdırılıb, uçuş və digər tapşırıqlarla bağlı məsələlər
izah olunub.

Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan
müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə
aviasiya zərbələri endiriblər.
Təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Qeyd edək ki, beynəlxalq taktiki-uçuş təlimi iyul ayının 1-dək
davam edəcək.

Leave A Reply

Your email address will not be published.