Azərbaycan bərpa olunan enerji layihələri üzrə hərracların sayının artacağını gözləyir – Elnur Soltanov

0 4

Bakı. Trend:

Biz bərpa olunan enerji layihələri üzrə hərracların sayının
artacağını gözləyirik.

Trend-in
məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov
“Azərbaycanda bərpa olunan enerji mənbələri” mövzusunda dayanıqlı
inkişaf üzrə Almaniya-Azərbaycan forumunda deyib.

“Biz bərpa olunan enerji üzrə yeni layihələr üçün daim potensial
investor axtarırıq. Yaxın zamanlarda günəş fotoelektrik və külək
enerjisi sahələrində hərracların sayının artmasını gözləyirik”, –
deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm də dənizdə külək enerisinin
inkişafı üçün nəhəng potensiala malikdir, Xəzər dənizində bu
potensial 157 giqavatt həcmində dəyərləndirilir.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.