Bakı. Trend:
Azərbaycan bərpa olunan enerjininin inkişafında böyük potensiala
malikdir.
Trend-in məlumatına görə, bunu “Uniper Global
Commodities” şirkətinin vitse-prezidenti Maykl Gilmer “Azərbaycanda
bərpa olunan enerji mənbələri” mövzusunda dayanıqlı inkişaf üzrə
Almaniya-Azərbaycan forumunda deyib.
“Biz bu regionda fəaliyyət göstərmək istəyən tərəflərlə
əməkdaşlıq etməyə hazırıq. Azərbaycanda alternativ enerji sahəsində
iri layihə yaradıla bilər”, – deyə o bildirib
M.Gilmer qeyd edib ki, artıq Azərbaycanda enerji keçidi üzrə
işçi qrupu formalaşdırılıb.
“Bu qrup vasitəsilə biz öz fikirlərimizi qərar qəbul edən
şəxslərə çatdıra biləcəyik”, – vitse-prezident deyib.
(Tərcümə: Orxan Nəbiyev)