Azərbaycan nefti ucuzlaşır – Trend.Az

0 8

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 120,86
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11
dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 119,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 1,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
78,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə
müqayisədə 1,18 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 119,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
0,84 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.