Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub

0 3

Bakı. Trend:

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi
qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə,
Azərbaycanın və Özbəkistan dövlət bayraqlarının dalğalandığı
meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Özbəkistan Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport
verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini
salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham
Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident
Şavkat Mirziyoyeva təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında
prezidentlərin qarşısından keçdi.

Leave A Reply

Your email address will not be published.