Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsində dəyişiklik edilib

0 6

Bakı. Trend:

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin
Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Nazirlər
Kabinetinin Qərarında dəyişiklik edilib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, İnstitutun əldə etdiyi
vəsaitdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il
10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət
orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar
tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən
əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından)
istifadə Qaydası”na uyğun olaraq Agentliyin əməkdaşlarının vəzifə
maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə
tutulur.

Leave A Reply

Your email address will not be published.