Azərbaycan və Özbəkistan birgə investisiya fondu yaradacaq

0 2

Bakı. Trend:

Layihələrin icrası üçün Azərbaycanla birgə investisiya fondu
yaradılacaq.


Trend
xəbər verir ki, bunu Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev iyunun 21-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü
zamanı deyib.

Özbəkistan Prezidenti bildirib:

«Bizim görüşümüz ərəfəsində səmərəli biznesforum keçirilib,
yarım milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və
ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz,
neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları
istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və
zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr
mövcuddur. Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa
İttifaqı bazarlarına çıxmaqla layihələrin icrası üçün imkan
var.

Həmçinin, razılığa gəldik ki, layihələrin icrası üçün birgə
investisiya fondu yaradılacaq, artıq növbəti ayda onların sürətli
həlli üzrə proqram tədbirlərinin qəbul edilməsi üçün
hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.

Hörmətli nümayəndə heyətinin üzvləri, nəqliyyat və kommunikasiya
sahəsində əməkdaşlığımız strateji xarakter daşıyır. Biz
Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən
Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını
bundan sonra da artırmaq niyyətindəyik. Bu, xüsusən, ərzaq və
sənaye mallarının tranziti məsələlərinə aiddir».

Leave A Reply

Your email address will not be published.