Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
21 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən vəfat edən olmayıb.