Azərbaycanda alternativ enerji sektorunda yeni layihələrin təsdiq olunması gözlənilir (FOTO)

0 6

Bakı. Trend:

Azərbaycanda bərpa olunan enerji sektorunda yeni layihələrin
təsdiq olunması gözlənilir.

Trend-in
məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan
Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev
Azərbaycanda bərpa olunan enerji mənbələri” mövzusunda dayanıqlı
inkişaf üzrə Almaniya-Azərbaycan forumunda deyib.

“Biz artıq bərpa olunan enerji mənbələri barədə qanun qəbul
etmişik. Hazırda alternativ enerji sahəsində 2022-26-cı illər üçün
strategiya hazırlanır. Bunun tezliklə təsdiq olunacağına ümid
edirik”, – deyə o bildirib.

T.Əmmayev əlavə edib ki, hazırda Avropa Yenidənqurma və İnkişaf
Bankı ilə birgə hidrogen istehsalı potensialı dəyərləndirilir.

“Qarabağda “yaşıl” zonanın yaradılması həm də Azərbaycanın bərpa
olunan enerji istehsalında təcrübəsinin artmasına xidmət edəcək”, –
agentlik rəhbəri deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.