Azərbaycanda avtomobil benzininin istehsalı azalıb

0 3

Bakı. Trend:

Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın
ümumi dəyəri 1365,5 milyon manat olmaqla, əvvəlki ilin yanvar-may
ayları ilə müqayisədə 18,4 faiz azalıb.

Bu barədə Trend
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində yanacaq mazutunun istehsalı 2.5 dəfə,
neft bitumunun istehsalı 40,3 faiz artıb, avtomobil benzininin
istehsalı 19,2 faiz, sürtkü yağlarının istehsalı 25,3 faiz, dizel
yanacağının istehsalı 33,4 faiz, neft-kimya sənayesində istifadə
üçün benzin istehsalı 36,7 faiz, neft koksunun istehsalı isə 44,8
faiz azalıb.

Leave A Reply

Your email address will not be published.