Azərbaycanda bu şəxslərə 3550 manat maaş veriləcək

0 2

Bakı. Trend:

Azərbaycanda məhkəmə sədrlərinin və hakimlərin maaşları
artırılır.

Trend-in məlumatına görə, bununla bağlı “Məhkəmələr və hakimlər
haqqında” qanuna dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 3550
manat maaş veriləsi təklif edilir. O cümlədən qüvvədə olan qanuna
görə, yenə Ali Məhkəmənin sədrinə bir aylıq vəzifə maaşı həcmində
vəzifə maaşına əlavə ödəniləcək. Yəni Ali Məhkəmənin sədrinə vəzifə
maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 100 manat
ödəniş veriləcək.

Hakimlərə isə aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən
edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına
əlavə ödənilir:

— Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya
məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90
faizi həcmində

— ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası
ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati
məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə
sədrinin vəzifə maaşının 80 faizi həcmində

— digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə
maaşının 70 faizi həcmində

bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin
vəzifə maaşlarının 90 faizi həcmində;

— Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə
sədrinin vəzifə maaşının 85 faizi həcmində;

— bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə
maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Beləliklə, digər məhkəmə sədrlərinin və hakimlərin maaşı Ali
Məhkəmənin sədrinin maaşı ilə tənzimləndiyi üçün həmin məhkəmə
sədrləri və hakimlərin də maaşı müvafiq faizlər nisbətində
artacaq.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə
edilib.

Leave A Reply

Your email address will not be published.