Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb — Şavkat Mirziyoyev

0 5

Bakı. Trend:

Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində
çox iş görülüb.

Trend xəbər
verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat
Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə
mətbuata bəyanatında deyib.

Ş.Mirziyoyev deyib:

“Əlbəttə, bizim bugünkü razılaşmalarımız onu göstərir ki, biz
bugünkü nailiyyətlərimizi gələcəkdə real həyata tətbiq edəcəyik.
Siz çox düzgün olaraq qeyd etdiniz ki, bu gün görülən bütün işlər
iki xalqın rifahı naminədir. Biz çox gərgin dövrdə yaşayırıq.
Əlbəttə, bu gün hər bir ölkə sabahkı gün barədə düşünür və Siz
düzgün olaraq dediniz ki, bu gün xalq bizim Özbəkistanda həyata
keçirdiyimiz islahatlara etibar edir və əlbəttə, bu islahatların
böyük perspektivi var. Bu cür qısa müddətdə heç bir ölkədə belə
nəticələrə nail olmaq mümkün deyil. Bununla əlaqədar biz öz
dostlarımızla, o cümlədən Azərbaycanla elə münasibətlər qurmaq
istəyirik ki, həqiqətən strateji istiqamətləri ehtiva etsin.
Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox
iş görülüb. Əlbəttə, biz də bunu görür və yaxın qonşular kimi
həmişə sevinirik. Biz də Siz başda olmaqla Azərbaycan xalqına arzu
edirik ki, hər şey reallaşsın və bizim dost ölkəmiz olan Azərbaycan
firavanlaşsın.

Bir daha demək istəyirəm, biz öz komandamıza bunu həqiqətən qəti
şəkildə dedik ki, nəticələr çox ciddi olacaq. İlham Heydər oğlunun
dediyi kimi, həm cəzalandıracaq, həm də həvəsləndirəcəyik. Nəyə
görə? Ona görə ki, bilirsiniz, bu gün biz ümumiyyətlə öz
imkanlarımız və bizim bugünkü əməkdaşlığımızın vəziyyəti barədə çox
diqqətlə, çox etimadla, açıq danışdıq. Bilirsiniz, elə bir
istiqamət yoxdur ki, o istiqamətdə biz əməkdaşlıq edə bilməyək və
orada nəticə olmasın. Sadəcə, bu gün iki Prezidentin möhkəm siyasi
iradəsi var və bu gün biz iki Prezidentin həmin iradəsini bizim
komandanın məsuliyyətinə əlavə etdik. Düşünürəm ki, komandanın
üzvləri, həm Özbəkistan, həm də Azərbaycan tərəfinin nümayəndə
heyətinin üzvləri düzgün nəticələr çıxaracaq və dediyim kimi
Səmərqənddə görüş tarixi, nəticəli görüş olacaq. Nəticə necə
olacaq? Biz öz qarşılıqlı münasibətlərimizi genişləndirməli və
həqiqətən yeni platforma, yeni istiqamətlər yaratmalıyıq. İlham
Heydər oğlunun dediyi kimi, bu yol xəritəsi real həyata
keçirilməlidir. Biz həmin xəritəni tamamlayanda və bir-birimizi
başa düşəndə bu, bizim gələcək münasibətlərimizin rəhni olacaq.
Əgər biz yol xəritəsini tamamlasaq və düzgün yol xəritəsi qəbul
etsək, 2023-cü il nəticəli il olacaq. Düşünürəm ki, gələcək
görüşlərimizdə bu nəticə göz qabağında olacaq.”

Leave A Reply

Your email address will not be published.