Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

0 6

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 939 ədəd və ya
ötən ilin müvafiq dövrü ilə müqayisədə 286 ədəd çox minik
avtomobili istehsal olunub.

Trend-in məlumatına görə, maşın və avadanlıqların, sair
nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların
istehsalı sahələrində 2022-ci ilin yanvar-may aylarında 221,6
milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 4,5 dəfə,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, maşın və
avadanlıqların istehsalı isə 51,9 faiz artmışdır.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
traktorların istehsalı 17,6 faiz azalmışdır.

Leave A Reply

Your email address will not be published.