Bakı. Trend:
Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2022-ci
il yanvar-may aylarında istehsalın ümumi dəyəri 415,5 milyon manat
olub.
Bu barədə Trend-ə
Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi
dəyər 64,0 faiz artıb. Dövr ərzində asfaltın istehsalı 2,6 dəfə,
sementdən, süni daşdan və ya betondan tikinti blokları və
kərpiclərin istehsalı 57,4 faiz, betondan yığma tikinti
konstruksiyaları istehsalı 44,7 faiz, tikinti gipsinin istehsalı
38,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 22,7 faiz,
tikinti əhənginin istehsalı isə 10,2 faiz artıb.