AzMİU-nun tələbələri və gənc müəllimləri Mərkəzi Bankın sertifikatlarını alıblar (FOTO)

0 4

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin
iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə Mərkəzi
Bankın əməkdaşlarının keçirdiyi “Maliyə savadlılığı” mövzusundakı
təlimlərdə fəal iştirak edən professor-müəllim, doktorant, magistr
və tələbələrinə sertifikatlar təqdim olunub.

Təqdimat mərasimində çıxış edən AzMİU-nun rektoru, professor
Gülçöhrə Məmmədova universitet və istehsalat müəssisələrinin birgə
əməkdaşlığının tələbələr üçün böyük əhəmiyyətinə toxunub. Rektor
bildirib ki, yaxşı haldır ki, doktorant, magistr və tələbələrimiz,
eləcə də gənc müəllimlərimiz ölkənin aparıcı qurumlarının
mütəxəssisləri tərəfindən aparılan seminar, treninqlərə qatılır,
yeni bilik və vərdişlərə yiyələnirlər. Rektor çıxışında tələbələr
və gənc müəllimlərin sertifikat proqramlarında aktivlik
göstərməsini yüksək qiymətləndirib, belə təlimlərin təşkilində
göstərdiyi dəstəyə görə Mərkəzi Bankın rəhbərliyinə təşəkkürünü
bildirib.

Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri,
professor Məhəbbət Məmmədov Mərkəzi Bankla AzMİU arasında
əlaqələrin genişlənməsindən, görülən işlərdən və qarşıda duran
vəzifələrdən danışıb. Keçirilən təlimlərin əhəmiyyətini vurğulayan
professor qeyd edib ki, təlimlərin əsas məqsədi gənclərin fərdi və
karyera inkişafına dəstək göstərmək, əmək bazarının tələblərinə
uyğun şəxsi inkişafa dəstək verməkdir.

Mərkəzi Bankın İstehlakçılarla iş Departamenti Maliyyə
savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov da təlimlərin
tələbələr üçün böyük əhəmiyyətindən danışıb, tələbələrin fəallığına
toxunub. Onların təlimlərdə öz bilik və bacarıqları ilə
seçildiklərini xüsusi qeyd edib.

Sonda universitetin rektoru G.Məmmədova, Mərkəzi Bankın əməkdaşı
Vüsal Həsənov təlimlərində müvəffəqiyyətlə iştirak edən tələbə və
gənc müəllimlərə sertifikatlar təqdim ediblər.

Məlumat üçün qeyd edək ki, Nazirlər Kabinetinin “Sığorta
sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı
Tədbirlər planının” icrası məqsədi ilə Mərkəzi Bank, İcbari Sığorta
Bürosu, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə “Maliyyə
savadlılığı” layihəsi çərçivəsində ali təhsil müəssisələrində
istehlakçıların maliyə savadlılığını artırmaqla onların
hüquqlarının qorunmasına yönəlmiş müxtəlif məzmunlu seminar və
təlimlər keçirir.

Leave A Reply

Your email address will not be published.