Bakı Şəhər Probasiya İdarəsində uşaq məhkumlarla maarifləndirmə tədbiri keçirilib (FOTO)

0 5

Bakı. Trend:

Bakı Şəhər Probasiya İdarəsində azadlıqdan məhrumetmə ilə
əlaqədar olmayan cəzalar tətbiq edilmiş yetkinlik yaşına çatmayan
21 məhkumla maarifləndirmə tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə narkomaniyanın acı
nəticələrinin əyani şəkildə göstərilməsi məqsədilə film nümayiş
etdirilib.

Qeyd olunub ki, Respublika Narkoloji Mərkəzin həkim
narkoloqunun, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin
psixoloqlarının və valideynlərin iştirakları ilə yetkinlik yaşına
çatmayan məhkumların peşəyönümlü ixtisaslara yönləndirilməsi, onlar
tərəfindən törədilə biləcək hüquq pozuntularının qarşısının
alınması, narkomaniyanın acı nəticələrinə dair maarifləndirmə
tədbiri həyata keçirilir.

Leave A Reply

Your email address will not be published.