Bakı-Sumqayıt şosesində sıxlıq var, avtobuslar gecikir

0 3

Bakı. Trend:

Bu gün səhər pik saatlarında Bakı-Sumqayıt şosesində şəhər
istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından
20 Yanvar dairəsi istiqamətində Moskva prospektində müşahidə olunan
nəqliyyat sıxlığı səbəbindən həmin ərazidən keçən 2, 7A, 13, 14,
18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut
xəttlərindəki avtobusların intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, qeyd
olunan marşrut xətləri üzrə ümumilikdə avtobuslar 10-12 dəqiqə
gecikmə ilə hərəkət edirlər.

Bununla əlaqədar qeyd olunan marşrut xətləri üzrə 20 Yanvar
dairəsi də daxil olmaqla hərəkət sxemi boyunca dayanacaqlarda
sərnişin sıxlığı müşahidə olunmaqdadır.

Leave A Reply

Your email address will not be published.