Bakıda adam oğurlayan dəstəyə 64 il cəza verildi

0 6

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda
təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi
başa çatıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Vidadi Məlikov 14 il,
Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il,
Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il azadlıqdan məhrum
edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin
145.2.5 (145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə
təqsirli biliniblər.

Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.

Leave A Reply

Your email address will not be published.