Bakıda binadan yıxılan ana və azyaşlı övladının kimliyi bilindi

0 4

Bakı. Trend:

Bakıda binadan yıxılan ana və azyaşlı övladının adları məlum
olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara
Qarayev küçəsi 116 ünvanında baş verib.

Həmin binanın 7-ci mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü
Umalatova Tamerlan Tofiq oğlu balkondan 6-cı mərtəbənin balkonuna
yıxılıb. Bunu görən ana 1995-ci il təvəllüdlü
Umalatova Rövşanə Rövşən qızı uşağı tutmaq istəyərkən müvazinətini
itirərək uşağın arxasınca yıxılıb.

Qeyd edək ki, hər iki şəxsə ilkin tibbi yardım göstərilib,
həyatları üçün hər hansı təhlükə yoxdur.

2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar
aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı
daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar
müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım
göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin
Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi
qiymətləndirilir.

Leave A Reply

Your email address will not be published.