Bakıda cəzası təxirə salınan qadın məhkumların sayı açıqlanıb

0 2

Bakı. Trend:

Bakı şəhəri üzrə cəzasının çəkilməsi təxirə salınan 59 qadın
məhkum var.

Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Bakı
şəhər Probasiya İdarəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, həmin qadınların barəsində məhkəmə
hökmü olsa da, hamilə və ya himayəsində azyaşlı övladları
olduğundan cəzalarının çəkilməsi təxirə salınıb.

Himayəsindəki azyaşlı övladları 14 yaşına çatana qədər onlar
cəza çəkməkdən azad edilirlər. Əgər həmin müddətə qədər digər
cinayət törətməsələr, onlar cəzadan tam azad edilirlər.

Leave A Reply

Your email address will not be published.