Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verildi

0 5

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə
yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə
keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Füzuli Qarayev verilmiş maddələrlə təqsirli
bilinərək 15 il azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında qeydə alınıb.
Həmin gün Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il
təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə
rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü
Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb
sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya
gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən
Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı
Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu
öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət
yetirmə)maddələri ilə cinayət işi başlanılıb.

Leave A Reply

Your email address will not be published.