Bakıda hamilə qadın 7-ci mərtəbədən yıxılan körpəsinin dalınca özünü atıb

0 4

Bakı. Trend:

Bakıda hamilə qadın 7-ci mərtəbədən yıxılan körpəsinin dalınca
özünü atıb.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayət
oğlu Trend-ə açıqlamasında bildirib ki, Bakı şəhəri, Nizami
rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı
mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki
Tibbi Mərkəzə yerləşdirilib.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər
hansı təhlükə yoxdur.

2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar
aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı
daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar
müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım
göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin
Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi
qiymətləndirilir.

Leave A Reply

Your email address will not be published.