Bakıda iş adamlarının iştirakı ilə görüş keçiriləcək

0 9

Bakı. Trend:

Bakıda “Brandup” Agentliyinin təşkilatçılığı və MÜSİAD
Azərbaycanın dəstəyi ilə iş adamlarının görüşü keçiriləcək.

Bu barədə “Brandup”-dan Trend-ə daxil olan məlumatda
bildirilir.

Məlumata əsasən, iş adamlarının görüşü 25 iyun tarixində
“FAIRMONT HOTEL”də keçiriləcək.

Qeyd olunur ki, ümumilikdə, iştirakçı sayı 150 nəfər nəzərdə
tutulur ki, bunların da böyük əksəriyyəti iş adamları, şirkət
rəhbərləri və marketinq direktorları olacaq.

Tədbirin əsas məqsədi ölkədə regional, qlobal səviyyədə
brendlərin yaranmasının önəmi və yerli bazarda bu istiqamətdə atıla
biləcək addımların müzakirəsidir.

Tədbirdə iştirak yalnız dəvətlədir.

Leave A Reply

Your email address will not be published.