Bakıda tərbiyə müəssisəsindən yeniyetmə məhkumların qaçması yalandır – Rəsmi

0 8

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində
cəzaçəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan
məlumatlar həqiqəti əks etdirmir.

Bunu Trend-in sorğusuba cavab olaraq Penitensiar Xidmətin
Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır: Bəzi KİV-də yayılan
bu məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar təmamilə
cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində, heç bir digər
müəssisədə belə bir hal olmayıb”.

Xatırladaq ki, bəzi saytlarda və sosial şəbəkələrdə Penitensiar
Xidmətin tərbiyə müəssisəsində cəza çəkən şəxslərin bir neçəsinin
müəssisədən qaçmağa cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.

Leave A Reply

Your email address will not be published.