Britaniyada dəmiryol işçilərinin son 30 ildə ən iri tətili başlayıb

0 3

Bakı. Trend:

Böyük Britaniyada dəmiryol işçilərinin genişmiqyaslı tətili
başlayıb.

Trend-in
məlumatına görə, ölkənin dəmiryol, dəniz və nəqliyyat həmkarlar
ittifaqlarının elan etdiyi tətil iyunun 21-i, 23-ü və 25-də
keçiriləcək.

Tətilin ilk günündə ölkənin ən böyük dəmiryol şirkəti olan
«Network Rail»lə yanaşı, daha 13 şirkət, eləcə də London
metropoliteninin 50 min əməkdaşı qatılıb.

Böyük Britaniya ərazisinin böyük hissəsində qatarların hərəkəti
dayanıb. Mütəxəssislərin fikrincə, bu 1989-cu ildən ölkədə elan
olunmuş ən irimiqyaslı tətildir.

Aksiyaya səbəb olaraq həmkarlar təşkilatların əməkhaqqı
artımının dondurulması və ixtisarlar, həftəlik iş saatının 35
saatdan 40 saata çatdırılması, bilet satışı kassalarının bağlanması
kimi qəraları göstərib.

Leave A Reply

Your email address will not be published.