Britaniyada meymunçiçəyinə yoluxma bir həftəyə 27 faiz artıb

0 10

Bakı. Trend:

Son bir həftə ərzində Böyük Britaniyada 219 nəfər meymunçiçəyinə
yoluxub.

Trend-in
məlumatına görə, bu barədə ölkənin səhiyyə agentliyi bildirib.

Qeyd olunur ki, bu müddət ərzində yoluxanların sayı 27 faiz
artaraq 793 nəfərə çatıb. Yoluxanlardan yalnız beş nəfəri qadınlar
olub.

Böyük Britaniya ərazisində ən çox yoluxma Londonda qeydə alınıb.
Paytaxtda 498 nəfərdə meymunçiçəyi infeksiyası aşkarlanıb.

Leave A Reply

Your email address will not be published.