Britaniyada son 30 ildə dəmir yolu ən böyük tətil başlayır

0 5

Bakı. Trend:

1989-cu ildən bəri ən böyük dəmir yolu tətili bu gün Böyük
Britaniyada başlayır və Böyük Britaniyada milyonlarla insana təsir
edəcək.

Trend-in
məlumatına görə, üç gün ərzində – çərşənbə axşamı, cümə axşamı və
şənbə günləri əksər marşrutlarda nəqliyyat hərəkəti ümumiyyətlə
olmayacaq, fəaliyyətini davam etdirənlər isə yalnız 07:30-dan
18:30-a kimi qısaldılmış qrafiklə işləyəcəklər. Qatarlar bütün
stansiyalarda dayanmayacaq.

İlk gündə təşkilatçı, Böyük Britaniyanın “RMT” dəmir yolu, dəniz
və nəqliyyat həmkarlar ittifaqının planına əsasən aksiyaya 50 min
nəfər qoşulmalıdır. Onların arasında ölkənin əksər dəmir yollarına
və Londonun bütün mərkəzi stansiyalarına xidmət göstərən “Network
Rail” şirkətinin, daha 13 dəmir yolu şirkətinin, eləcə də London
metrosunun əməkdaşları var. İkinci və üçüncü günlərdə metropoliten
işçiləri istisna olmaqla 40 min insan işə getməyəcək.

Leave A Reply

Your email address will not be published.