Bu gün Azərbaycana yay fəsli daxil olur

0 4

Bakı. Trend:

Bu gün, iyunun 21-i Azərbaycana yay fəsli daxil olur. Yay fəsli
13:13-də başlayacaq.

Trend xəbər verir ki, bu zaman Yerin fırlanma oxu Günəş
istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün
günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün
ən uzun Gündüz və ən qısa Gecə olur. Gündüzün uzunluğu 15 saat 3
dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san olacaq.

Qeyd edək ki, payız fəsli – Payız Gecə-Gündüz bərabərliyi – 23
Sentyabr saat 05:03. Bu zaman Gecə ilə Gündüz bərabərləşir. Günəş
ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım
kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım
kürəsində payız fəsli başlayır.

Qış fəsli – Qış günəş duruşu – 22 Dekabr saat 01:48. Bu zaman
Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ
gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2)
olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün
uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42
dəq. 38 san olacaq.

Leave A Reply

Your email address will not be published.