Bu yay rouminqdə Azercell-in tarifləri ilə ünsiyyətdə sərbəst ol! (R)

0 4

Bakı. Trend:

Lider mobil operator Sərbəst 50 və Sərbəst 75 tarif
paketlərinin fakturalı xətt istifadəçilərinə rouminq üçün internet
trafik hədiyyə edir!

Azercell mobil telekom
bazarında bir çox üstünlükləri ilə seçilən Sərbəst paketlərinin
istifadəçilərinə indi daha çox imkanlar təqdim edir. Artıq
Sərbəst-i seçən abunəçilər sərfəli və rahat ünsiyyətdən yalnız
Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da yararlana
biləcəklər. İyun ayının 20-dən sentyabr ayının 15-dək Sərbəst 50 və
Sərbəst 75-in fakturalı xətt abunəçiləri ölkədaxili dəqiqə və
internetlə yanaşı, rouminq üçün internet trafik də əldə
edəcəklər.

Belə ki, yay ayları boyunca Sərbəst 50 tarif paketi çərçivəsində
fakturalı xətt istifadəçilərinə ayda 50 AZN-ə 25GB internet, 2500
ölkədaxili dəqiqə, Facebook Messenger və WhatsApp tətbiqlərində
pulsuz yazışma imkanından əlavə, həmçinin 1 GB həcmində rouminq
internet paketi də veriləcək. Sərbəst 75 tarif paketinin
abunəçiləri isə ayda 75 AZN ödəməklə 60 GB internet, 4000
ölkədaxili dəqiqə, Facebook Messenger və WhatsApp tətbiqlərində
pulsuz yazışma imkanı ilə yanaşı, 2GB həcmində rouminq internet
paketi də əldə edəcəklər. (ətraflı məlumat üçün:
https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/postpaid.html
)

Sərbəst tarifləri çərçivəsində təqdim edilən əlavə internet
trafik Azercell-in rouminq internet paketləri qüvvədə olan bütün
ölkələrdə etibarlıdır. Odur ki, Sərbəst abunəçiləri bonuslarından
dünyanın ən çox ziyarət edilən 62 ölkəsində fəaliyyət göstərən
105-dən çox operatorun şəbəkəsində yararlana biləcəklər.

Xatırladaq ki, Türkiyə, Rusiya, Avstriya, Belarus, Gürcüstan,
İsrail, Qazaxıstan, Ukrayna və Çin kimi populyar istiqamətlərdə
rouminq internet paketləri bütün şəbəkələrdə etibarlı olduğundan,
Azercell abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan
istənilən şəbəkədə internet xidmətindən istifadə edə bilərlər.
Lider mobil operator xaricə səfər edən abunəçilərindən www.azercell.com rəsmi internet
səhifəsindən rouminq zamanı internetdən istifadə qaydaları ilə
(ətraflı məlumat üçün:
https://www.azercell.com/az/personal/plans-and-services/roaming/roaming-data-packages.html
)
tanış olmağı və ölkə hüdudlarından kənarda nömrəyə göndərilən
ismarışları diqqət mərkəzində saxlamağı xahiş edir!

Bu yay rabitə xərclərinizə Sərbəst tarif paketləri ilə qənaət
edin!

Leave A Reply

Your email address will not be published.