“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiyaya daha bir istiqamət üzrə uçuşları bərpa edir

0 2

Bakı, 21 iyun, AZƏRTAC

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyul ayında Bakıdan Moskva ətrafı “Jukovski” hava limanına uçuşları bərpa edir.

Aviaşirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 1-dən etibarən bu istiqamətə və geriyə uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri həyata keçiriləcək.

Qeyd edək ki, “Buta Airways” aviaşirkətinin Bakıdan Rusiyanın şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) və Ufa (cümə axşamı və bazar günləri) şəhərləri daxildir.

“Buta Airways” aviaşirkətinin Rusiyaya planlaşdırılan bütün reyslərinə biletlər aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, həmçinin aviaşirkətin rəsmi “www.butaairways.az” saytında satışdadır.

Rusiyaya səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar: https://www.butaairways.az/az/covid/russia

Azərbaycana giriş qaydaları haqqında məlumatla https://www.butaairways.az/az/covid/azerbaijan keçidi vasitəsilə tanış olmaq mümkündür.

AZERTAG.AZ :“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiyaya daha bir istiqamət üzrə uçuşları bərpa edir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.