“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiyaya daha bir istiqamət üzrə uçuşları bərpa edir

0 2

Bakı. Trend:

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyul ayında Bakıdan
Moskva ətrafı “Jukovski” hava limanına uçuşları bərpa edir.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Trend-ə
bildirilib ki, 1 iyul tarixindən etibarən bu istiqamətə və geriyə
uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri həyata
keçiriləcək.

Qeyd edək ki, “Buta Airways” aviaşirkətinin Bakıdan Rusiyanın
şəhərlərinə bərpa olunmuş uçuşlarının siyahısına Həştərxan (cümə
axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və
bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) və Ufa (cümə
axşamı və bazar günləri) şəhərləri daxildir.

“Buta Airways” aviaşirkətinin Rusiyaya planlaşdırılan bütün
reyslərinə biletlər aviadaşıyıcının akkreditə olunmuş
agentliklərində, həmçinin aviaşirkətin rəsmi www.butaairways.az
saytında satışdadır.

Rusiyaya səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan
əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və
məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə
ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq
olar:
https://www.butaairways.az/az/covid/russia

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid
vasitəsilə tanış olmaq olar:
https://www.butaairways.az/az/covid/azerbaijan.

Leave A Reply

Your email address will not be published.