“Dendroloji park”da qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

0 8

Bakı. Trend:

14 iyun 2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı
mikrorayon, R.Behbudov küçəsində yerləşən “Dendroloji park”ın
ərazisində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 500kv.m.
sahədə quru ot yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın
söndürələrək alovun ətraf ərazilərə yayılmasına imkan
verilməyib.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin
əməkdaşları tərəfindən operativ olaraq hadisənin başvermə səbəbləri
və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi
istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli
bilinən Səmədov Emil Nazim oğlu müəyyən edilib. E.Səmədov yanğını
qəsdən törətdiyini etiraf edib.

Qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi üçün
Səmədov Emil Nazim oğlunun barəsində toplanmış materiallar Daxili
İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinə göndərilib.

Leave A Reply

Your email address will not be published.